"Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. Sportnet.az-ın məlumatına görə, 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
"Bakı-2015” in simvolunu yaradan gənclər bununla həm də hər bir kəsi, o cümlədən regionları birinci Avropa Oyunları ətrafında birləşməyə çağırıb.
6000 nəfərin iştirakı ilə keçirilən aksiya eyni zamanda "Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.
Gəncədə 6000 nəfərin "Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.
"Bakı 2015”-ə həsr olunan ən böyük fləşmobdan videonu təqdim edirik: