
III MDB Oyunlarında stolüstü tennis üzrə qadınların fərdi mübarizəsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, fərdi mübarizədə Azərbaycanın iki təmsilçisindən biri finala yüksəlib.
Mərziyyə Nurmətova Özbəkistan təmsilçisi Məftunə Qulimovaya qalib gəlib - 3:0.
Əvəzində Yağmur Məmmədli rusiyalı Amina İlumbetovaya uduzub - 1:3.
Beləliklə, finalda Nurmətova İlumbetova ilə, 3-cü yer uğrunda görüşdə isə Məmmədli Qulimova ilə üz-üzə gələcək.