Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başlayır.
Sportnet.az xəbər verir ki, kişi şahmatçıların yarışında Əhməd Əhmədzadə Şəhriyar Məmmədyarovla, Eltac Səfərli Məhəmməd Muradlı ilə, Nicat Abasov Aydın Süleymanlı ilə, Rauf Məmmədov isə Read Səmədovla mübarizə aparacaq.
Qadınların yarışında Səbinə İbrahimova - Ülviyyə Fətəliyeva, Xanım Balacayeva - Gülnar Məmmədova, Nərmin Abdinova - Türkan Məmmədyarova, Günay Məmmədzadə - Ayan Allahverdiyeva partiyaları oynanılacaq.
Yarış saat 15:00-da başlayacaq.
Qeyd edək ki, şahmatçılar bir-biriləri ilə iki oyun keçirəcək. Qalib müəyyənləşməsə, yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.












































































