“Şüa İdman Kompleksi”ndə stolüstü tennis üzrə “Baku Open” turnirinin açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, İdman səfiri Ülviyyə Fətəliyeva, ASTF-nin Veteranlar Şurasının sədri Firudin Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.
Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar.
Aprelin 12-dək davam edəcək yarışın mükafat fondu 3 000 manatdır.











































































