Bu gün şahmat üzrə "Dünya Kuboku-2015"in 1/32 final mərhələsi start götürəcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 4 zəka sahibi bu mərhələdə qüvvəsini sınayacaq.
Teymur Rəcəbov 4 qat İsrail çempionu İlia Smirinlə üz-üzə gələcək. Qədir Hüseynovun rəqibi çexiyalı David Navara olacaq. Rauf Məmmədov ABŞ idmançısı Fabiano Karuana, Şəhriyar Məmmədyarov isə çinli Yifan Hou ilə münasibətlərinə aydınlıq gətirəcək.
Dünya Kubokunda iştirak edən 4 Ermənistan şahmatçısından isə 3-ü 1/32 mərhələdə mübarizəni davam etdirəcək. Bunlar Levon Aronyan, Qabriyel Sarkisyan, Hrant Melkumyandır.
Qeyd edək ki, şahmat üzrə "Dünya Kuboku 2015"ə 45 ölkədən 128 idmançının iştirakı ilə start verilib.