1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan şahmatçıları 1/16 final üçün yarışır
Bu gün şahmat üzrə "Dünya Kuboku-2015"in 1/32 final mərhələsinin ikinci gününün yarışları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 4 zəka sahibi bu mərhələdə qüvvəsini sınayır.
Teymur Rəcəbov 4 qat İsrail çempionu İlya Smirinlə üz-üzə gələcək. Cütlüyün ilk görüşündə heç heçə qeydə alınıb - 0.5:0.5. Qədir Hüseynovun rəqibi çexiyalı David Navara olacaq. Q.Hüseynov birinci dueldə rəqibini məğlub edib (1:0). Rauf Məmmədov ilk oyunda ABŞ idmançısı Fabiano Karuanaya 0:1 hesabı ilə məğlub olub. Şəhriyar Məmmədyarov isə çinli Yifan Hou ilə münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər birinci dueldən sülhlə ayrılıb.
Qeyd edək ki, şahmat üzrə "Dünya Kuboku 2015"ə 45 ölkədən 128 idmançının iştirakı ilə start verilib.