
Maqnus Karlsen: "O, fitri istedada malik şahmatçı idi”
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen mərhum həmkarı, həmyerlimiz Vüqar Həşimovla bağlı xatirələrini bir daha bölüşüb. Sportnet.az-ın ng.ru saytına istinadən verdiyi məlumata görə, norveçli qrossmeyster Həşimovun parlaq və aqressiv üsluba üstünlük verdiyini bildirib.
Karlsen deyib: "O, fitri istedada malik şahmatçı idi. Vüqarla xeyli partiya keçirmişik. İlk dəfə Bakıda üz-üzə gəlmişdik. Bundan sonra daha bir neçə mötəbər turnirdə onunla lövhə arxasına keçmişəm. Həşimov parlaq, aqressiv oyunu ilə fərqlənirdi. Bu cür şahmatçıya qarşı oynamaq mənə həmişə zövq verirdi. Qısa karyerası ərzində xeyli unudulmaz partiyalara imza atdı".