1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan şahmatçısı Avropa çempionatında 8-ci oldu
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə Avropa çempionatına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 302 zəka ustasının iştirak etdiyi yarışda xorvatyalı İvan Şariç qızıl medal qazanıb. O, çempionatın sonuncu turunda çexiyalı David Navaronu məğlub edib. Şariç 11 turdan sonra 8,5 xal toplayıb. Avropa çempionatında 7 şahmatçı 8 xala malik olsa da, əlavə göstəricilərə əsasən, polşalı Radoslav Voytaşek ikinci yeri tutub. Üçüncu yerə isə rusiyalı Sənan Syuqirov layiq görülüb.
Azərbaycan təmsilçilərindən Eltac Səfərli Avropa çempionatında 8 xalla 8-ci yeri tutub. Hərəyə 7,5 xalı olan Rauf Məmmədovla Qədir Hüseynov isə 26-27-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, 2017-ci ildə Avropa çempionu adını rusiyalı Maksim Matlakov qazanıb.