1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiada: Yığmalarımızdan növbəti qələbələr - YENİLƏNDİ
Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi Latviya ilə üz-üzə gəlib. Hər iki görüşdə qələbə qeydə alınıb.
Çexiya ilə qarşılaşmada Şəhriyar Məmmədyarov və Arkadi Naydiç ağ fiqurlarla qalib gəlib, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla heç-heçə ediblər.
Latviya ilə görüşün taleyini isə sonuncu lövhədə Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə həll edib. Zeynəb Məmmədyarovanın istirahət etdiyi qarşılaşmada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə edib.
43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur
Kişilər
Azərbaycan - Çexiya - 3:1
Şəhriyar Məmmədyarov - David Navara - 1:0
Teymur Rəcəbov - Viktor Lazniçka - 0,5:0,5
Arkadi Naydiç - Zbinek Qraçek - 1:0
Rauf Məmmədov - İrji Stoçek - 0,5:0,5
Qadınlar
Azərbaycan - Latviya - 2,5:1,5
Günay Məmmədzadə - Laura Roqule - 0,5:0,5
Xanım Balacayeva - İlze Berzina - 0,5:0,5
Gülnar Məmmədova - Linda Krumina - 0,5:0,5
Ülviyyə Fətəliyeva - Elizabete Limanovska - 1:0
Bu nəticələrdən sonra Azərbaycanın kişilərdən ibarət yığması 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millisi isə 10 xalla 7-ci pillədə qərarlaşıb. VII turda rəqiblər müvafiq olaraq, Polşa və İtaliya olacaq.