Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5.
Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiç heç-heçə edib.
Bu nəticədən sonra xallarını 15-ə yüksəldən ABŞ vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.
Qadınlardan ibarət milli isə Gürcüstan yığması ilə qarşılaşıb. Milli meydan sahiblərini 2,5:1,5 hesabı ilə üstələyib.
Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanıb. Gülnar Məmmədova heç-heçə etdiyi halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.
Bu nəticədən sonra qadınlardan ibarət milli xallarını 13-ə yüksəldib.
-------------------------------------------------------------------------------------------------
Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VIII turun görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvaviq olaraq, ABŞ və Gürcüstanla üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
7 turdan sonra kişilərdən ibarət yığma Polşa və ABŞ-la birgə hərəyə 13 xalla ilk 3 yeri bölüşür. Qadın millisi isə 11 xalla 8-cidir.
Qeyd edək ki, ötən tur Azərbaycan komandaları müvafiq olaraq, Çexiya və İtaliya ilə 2:2 hesablı heç-heçə ediblər.
43-cü Ümumdünya Şahmat Olimpiadası
VIII tur
Kişilər
ABŞ - Azərbaycan - 2,5:1,5
Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0
Uesli So - Teymur Rəcəbov - 0:1
Hikaru Nakamura - Arkadi Naydiç - 0,5:0,5
Samuel Şanklend - Rauf Məmmədov - 1:0
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.
Qadınlar
Gürcüstan - Azərbaycan - 1,5:2,5
Salome Meliya - Günay Məmmədzadə - 0:1
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0
Sofio Qvetadze - Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5
Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayacaq.