Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.
Sportnet.az-ın məlumatına görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gəlib.
Kişilərdən ibarət yığma çinli şahmatçılara uduzub. Qadınlar isə Ukrayna ilə heç-heçə edib.
---------------------------------------------------------------------------------
Azərbaycanın kişi və qadınlardan ibarət yığmalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, IX turda milli komandalar müvafiq olaraq, Çin və Ukrayna ilə üz-üzə gələcəklər. Oktyabrın 3-də keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Bu gün ilk məğlubiyyətini ABŞ-dan alan kişilərdən ibarət yığma 8 turdan sonra 13 xalla 3-cü, eyni xala malik Çin isə 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 15 xala malik ABŞ başçılıq edir. İkinci pillədəki Polşanın 14 xalı var. Bu komandalar sabah bir-biriləri ilə üz-üzə gələcəklər.
Qadın millisi isə Gürcüstana qalib gəldikdən sonra 13 xalla 5-ci pilləyə yüksəlib. Turnir cədvəlinə hərəyə 14 xala malik Çin və Ukrayna başçılıq edir.
Kişilər
Azərbaycan - Çin - 1,5:2,5
Şəhriyar Məmmədyarov - Din Lijen - 0,5:0,5
Teymur Rəcəbov - Yu Yanyi - 0,5:0,5
Arkadi Naydiç - Vey Yi - 0,5:0,5
Eltac Səfərli - Bu Syançji - 0:1
Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayacaqlar.
Qadınlar
Azərbaycan - Ukrayna - 2:2
Günay Məmmədzadə - Anna Muzıçuk - 0:1
Xanım Balacayeva - Mariya Muzıçuk - 0,5:0,5
Gülnar Məmmədova - Anna Uşenina - 1:0
Ülviyyə Fətəliyeva - Yuliya Osmak - 0,5:0,5
Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla oynayacaq.