
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun şərəfinə təsis olunan "Vüqar Həşimov Ədalətli Oyun Mükafatı"nın qalibləri məlum olub.
Sportnet.az xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş 81-ci “Tata Steel Chess” superturnirində mükafata dünya çempionu, hindistanlı Vişvanatan Anand və qazaxıstanlı Dinara Saduakasova layiq görülüb.
Qeyd edək ki, münsiflər heyətində Vüqar Həşimovun qardaşı Sərxan Həşimov, turnirin direktoru Yerun van den Berq və baş hakim Pavel Votrubadan yer alıb. Onlar şahmatçıların rəqibə, hakimə, mətbuat nümayəndələrinə və turnirin təşkilatçılarına olan münasibətini qiymətləndirib.
Xatırladaq ki, beynəlxalq səviyyəli "Vüqar Həşimov Ədalətli Oyun Mükafatı" 2015-ci ildə təsis olunub və ilk dəfə 2016-cı ildə Hollandiyada keçirilən 78-ci "Tata Stee Chessl” şahmat turnirində təqdim edilib. Turnir "Şahmatın Uimbldonu" hesab olunur və dünyanın ən güclü şahmatçılarının iştirakı ilə baş tutur.