Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirinin IV turunda Teymur Rəcəbov Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb.
Sportnet.az xəbər verir ki,32 yaşlı Qrossmeyster mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi. Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".
Rəcəbovun rəqibi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə ağlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkdi: "Əslində belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".
Qeyd edək ki, Teymur Rəcəbov hazırda 2 xalla 4-6-cı, Aniş Giri isə 1.5 xalla 7-8ci yerləri bölüşdürür.