Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya çempionu adı uğrunda final qarşılaşmasının formatını dəyişdirdiyini açıqlayıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, partiyaların sayı 12-dən 14-ə yüksəldilib. İstirahət günlərinin sayı isə 6-dan 5-ə endirilib. Bundan əlavə final iştirakçıları 40-cı gedişə qədər heç-heçəyə razılaşa bilməzlər.
FIDE vaxta nəzarət kontrolunda da bəzi dəyişikliklər edib və uduş fondunun məbləğini 2 milyon avroya qədər artırıb.