Şahmat üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.
Sportnet.az xəbər verir ki, komanda VII turda meydan sahibi ilə üz-üzə gəlib və rəqibinə uduzub - 1:3.
Yığma üzvlərindən Xanım Balacayeva və Türkan Məmmədyarova görüşlərini heç-heçə ilə bitirib. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə məğlub olublar. 7 turdan sonra yığmanın 9 xalı var.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan yığması Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında növbəti görüşünü başa vurub.
Sportnet.az xəbər verir ki, komanda VII turda İsveçrə kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5. Eltac Səfərli və Qədir Hüseynov rəqiblərini məğlub edib. Rauf Məmmədov uduzub, Şəhriyar Məmmədyarov isə görüşünü heç-heçə başa vurub. Qələbə nəticəsində Azərbaycan yığması 11-ci xalını qazanıb.
Qadınlardan ibarət milli komanda hazırda meydan sahibi Gürcüstanla qarşılaşır. Xanım Balacayeva rəqibi ilə xalları yarı bölüb, digər bütün qarşılaşmalar davam edir.
Avropa çempionatı
VII tur, kişilər
Azərbaycan - İsveçrə - 2.5:1.5
Şəhriyar Məmmədyarov - Sebastyan Boqner - 0,5:0,5
Rauf Məmmədov - Yannik Pelletye - 0:1
Qədir Hüseynov - Niko Georgiadis - 1:0
Eltac Səfərli - Oliver Kurmann - 1:0
Gürcüstan - Azərbaycan - 3:1
Nana Dzaqnidze - Günay Məmmədzadə - 1:0
Lela Cavaxişvili - Xanım Balacayeva - 0,5:0,5
Bela Xotenaşvili - Gülnar Məmmədova - 1:0
Meri Arabidze - Türkan Məmmədyarova - 0,5:0,5