Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. İlk turda Z.Məmmədyarova istirahət edib.
Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.
Dünya çempionatı
A qrupu
I tur
Azərbaycan - Hindistan - 2:2
Günay Məmmədzadə - Xarika Dronavali - 0:1
Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1
Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0
Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0