Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Məmmədyarovun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
------------------------------------------
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində VI turun görüşləri keçirilir.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarından Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.
Şəhriyar Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlir. 4 partiyadan sonra hesab 2:2 olduğundan tay-brek oynanılacaq.
Çempionlar Turu
Final mərhələsi
VI tur
Teymur Rəcəbov (AZƏRBAYCAN) - Uesli So (ABŞ) - 3:1
Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 4:3
Levon Aronyan (Ermənistan) - Yan-Kşiştof Duda (Polşa) - 1,5:2,5
Aniş Giri (Niderland) - Maqnus Karlsen (Norveç) - 2,5:3,5
Vladislav Artemyev (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5
Xal durumu: Maqnus Karlsen - 28,5 xal, Uesli So - 21,5 xal, Teymur Rəcəbov - 18 xal, Levon Aronyan - 15 xal, Hikaru Nakamura - 14 xal, Vladislav Artemyev - 13,5 xal, Maksim Vaşye-Laqrav - 12,5 xal, Aniş Giri - 11,5 xal, Yan-Kşiştof Duda - 8 xal, Şəhriyar Məmmədyarov - 6,5 xal.
Qeyd edək ki, oktyabrın 2-də oynanılacaq VII turda Məmmədyarov Giri ilə, Rəcəbov isə Karlsenlə qarşılaşacaq.