Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportnet.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 767 xalla 9-cu pillədəki yerini qoruyub.
Teymur Rəcəbovun də mövqeyində dəyişiklik olmayıb. 2 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.