Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamayacağını açıqlayıb.
Spornet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu barədə şəxsi feysbuk hesabında bildirib.
"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.