![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739352732_64194.jpg)
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov onlayn reytinqdə xeyli yüksəlib.
Sportnet.az xəbər verir ki, ölkə çempionatının final mərhələsinə vəsiqə qazanan qrossmeyster sıralama cədvəlində 8 pillə irəliləyib.
Hazırda o, 12-ci yerdədir və finalda uğur qazanarsa, ilk "onluq"da qərarlaşa bilər.
Məmmədyarov hazırda reytinqinə 17,6 xal əlavə edib. Onun reytinq göstəricisi 2748,6 Elo-dur.