
Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın 7-cı turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarının hər ikisi öz rəqibləri üzərində inamlı qələbə qazanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası - Olimpiadanın 7-cı turunda Kuba yığmasına 2,5:1,5 hesabı ilə, qadın şahmatçılarımız da həmçinin İtaliya komandasına eyni hesabla 2.5:1.5 qalib gəliblər.
Olimpiadanın 8-ci turunda isə komandalarımız məğlubiyyətlə üzləşiblər.Beləki, Kişilərdən ibarət yığmamız Çin komandasına 1:3,qadınlarımız isə Rumuniya yığmasına 2.5:1.5 hesabı ilə məğlub olublar.
Kişilərin yarışlarında 8 turdan sonra 14 komanda xalı toplamış Çin komandası liderdir. Azərbaycan, Fransa, Ukrayna, Çexiya və Rumuniya komandaları liderdən 1 xal geri qalırlar.
Qadınların yarışlarında isə 8 turdan sonra 16 xalla Rusiya 1-ci, aktivinə 14 komanda xalı toplamış Çin isə 2-ci yerdədir.Azərbaycan komandası isə 10 xalla 31-ci pillədədir.
9-cu turda Kişilərdən ibarət yığmamız Ruminiya,qadınlardan ibarət yığmamız isə Braziliya komandaları ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya şahmat olimpiadası yarışlarında kişilərdən ibarət 177 komanda və qadınlardan ibarət 136 komanda çıxış edir.