
Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə III MDB Oyunlarında 200 metr sərbəst üsulda yarışaraq ikinci yerə layiq görüldü. Yarışdan sonra Süleyman Sportnet.az-a açıqlamasında bunları bildirib:
“Bugünkü yarışım çox yaxşı keçdi. Rəqiblərim çox güclü olsa da, nəticə mənim üçün gözlənilməz oldu. Öz rekordumu yeniləmişəm, amma bu mənim əsas distansım deyil.
Gələcək günlərdə keçiriləcək 400 metr və 800 metr sərbəst üsul yarışlarında qızıl medal üçün mübarizə aparacağam. Qarşıda çox maraqlı yarışlar bizi gözləyir.”