
III MDB oyunlarında 400 metr məsafədə sərbəst üsulda qızıl medal qazanmış Azərbaycan üzgüçüsü deyib. Süleyman İsmayılzadənin Sportnet.az-a açıqlamasını təqdim edirik:
"Təbii ki, qələbə qazanmağı gözləyirdim. Söz vermişdim ki, qızıl medalla qayıdacağam və nəhayət, buna nail oldum".
Sportnet.az xəbər verir ki, bunu III MDB oyunlarında 400 metr məsafədə sərbəst üsulda qızıl medal qazanmış Azərbaycan üzgüçüsü deyib. Süleyman İsmayılzadə deyib.
Yeniyetmə idmançı çox gərgin mübarizə apardığını bildirib: "Rəqiblərimə baxmayaraq birinci yeri tutdum və Vətənimizin bayrağını yüksəklərə qaldırdım. Bununla çox fəxr edirəm və sevinirəm".
İsmayılzadə bugünkü qızıl medalnı hamı üçün böyük qələbə adlandırıb: "Burada xüsusilə şəxsi məşqçimə dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki o olmasaydı, bu nəticəyə heç vaxt nail ola bilməzdim. Ona görə də məşqçimə, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımı bildirirəm. Bir daha demək istəyirəm ki, mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam. Söz verirəm ki, bayrağımızı daha yüksək zirvələrdə dalğalandıracağıq".