Kayak üzrə dünya və olimpiya çempionu İnna Osipenko-Padomskaya Azərbaycan milli komandasının heyətinə cəlb olunub. 31 yaşlı idmançı həyat yoldaşı və şəxsi məşqçisi Dmitri Osipenko-Radomskinin rəhbərliyi altında hazırlaşacaq. Məşhur kayakçının millimizə keçidi ilə bağlı bütün məsələlər həllini tapıb.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya 20 sentyabr 1982-ci ildə Ukraynanın Xerson vilayətində anadan olub. Təcrübəli kayakçı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 2012-ci il London olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş, 2004-cü il Afina olimpiadasında 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşdə bürünc medala yiyələnib. Osipenko-Radomskayanın aktivində 2011-ci il Avropa çempionatında 1 nəfərlik qayıqla 500 metr, 2003-cü il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafələrə yürüşlərdə gümüş, 2001-ci il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2011-ci il dünya çempionatında isə 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərdə bürünc medal var.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |