Azərbaycan idmançıları 2014-cü il Nankin Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar. Sportnet.az-ın məlumatına görə, bu gün təmsilçilərimiz 3 gümüş medal qazanıblar.
Taekvondoçuların mübarizəsində Ceren Özbek (44 kq) meksikalı Brenda Nalleli Lua Orteqanı, yarımfinalda Abiqel Stounsu məğlub edib. Lakin finalda o, tailandlı Panipak Vonqpattanakitə uduzaraq, gümüş medalla kifayətlənib.
Cüdoçularımızın yarışında Leyla Əliyeva (44 kq) da mübarizəyə 1/4 finaldan başlayıb. O, əvvəlcə qazaxıstanlı Adiya Sayini, yarımfinalda Anastasiya Turçevanı yenib. Finalda isə Əliyeva türkiyəli Melisa Çakmaklıya uduzaraq, ölkəmizə növbəti gümüş medalı qazandırıb.
Nəhayət, akademik avarçəkənimiz Boris Yotov 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə Kris Louri (Böyük Britaniya), Tomas Şramko (Avstraliya), Joel Rabel (Argentina), Andrius Lapatiukas (Litva) və Xuan Karlos Eliası (Salvador) üstələyərək, finişə 3 dəqiqə 25,47 saniyəyə çatıb. Yürüşü hamıdan öndə başa vuran Yotov birbaşa yarımfinala yüksəlib. Növbəti mərhələ yürüşü avqustun 19-da olacaq.