Uelsin Pembrukşir şəhərində sahil avarçəkməsi üzrə dünya çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, Yarışda iştirak edən Azərbaycan yığma komandasının üzvü, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il dünya çempionatının gümüş mükafatçısı Diana Dimçenko ilkin mərhələni uğurla başa vurub.
İrlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Dimçenko təsnifat yürüşünü 25 dəqiqə, 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və 1-ci nəticə göstərməklə A finalına vəsiqə qazanıb.
Həlledici yürüş oktyabrın 9-da olacaq.