
Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının paradı baş tutub.
Sportnet.az xəbər verir ki, Mingəçevirdə keçirilən tədbirdən öncə yarışda iştirak edəcək komandalar ictimaiyyətə təqdim edilib.
Ardınca Dövlət Himni səsləndirilib. Daha sonra parad bədii hissə ilə davam edib.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikanın 20-dən çox ölkəsinin 200-dən çox idmançısı mübarizə aparacaq. Aprelin 30-da saat 11:00-da Suqovuşan su anbarında reqatanın açılış mərasimi və ilk yarışlar keçiriləcək. Reqata 1-2 mayda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.