
Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.
Sportnet.az xəbər verir ki, idmançılar turnirin ikinci günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Aprelin 30-da Suqovuşan su anbarında başlayan yarışın ilk günündə Azərbaycan avarçəkənləri Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medal qazanıblar.
Qeyd edək ki, "Prezident Kuboku-2025" turnirinə mayın 2-də yekun vurulacaq.