
“Yarış çox gərgin keçdi”.
Sportnet.az xəbər verir ki, bunu akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Nurlan Paşayev “Prezident kuboku-2025” beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında bildirib.
1500 metr məsafəyədək mübarizədə gümüş medal qazanan idmançı yarışa güclü şəkildə hazırlaşdığını söyləyib:
“Gündəlik olaraq iki dəfə məşqlər edirdik. Tək nəfərlik akademik qayıqda mübarizə aparırdım. Yarışın sonunda ikinci yerə layiq görüldüm. Nəticəmə görə sevinirəm. Təşkilatçılığıa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına minnətdarlığımı bildirirəm”.
O, ilk pilləni tuta bilməməsinin səbəbini açıqlayıb: “Rəqib daha ağır çəkili idi. Bu idman növündə çəki mühim önəm daşıyır”.