
Azərbaycan millisinin üzvü Bəhmən Nəsiri Türkiyənin Adıyaman şəhərində keçirilən avarçəkmə marafonunda qızıl medal qazanıb.
Sportnet.az məlumatına görə, idmançı akademik avarçəkmə qayığında 42 km məsafəni 2 saat 42 dəqiqə 18 saniyəyə qət edib.
"Commagene Rowing Marathon" adlanan turnirdə yığmanın digər üzvü Ziya Məmmədzadə də mübarizə aparıb.
Qeyd edək ki, turnirdə 38-i qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 km məsafələrdə yarışıb.