1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarixi gün, tarixi zəfərə doğru
17 sentyabr Azərbaycan futbolu üçün tarixi, xüsusi bir gündür. Axı ölkəmiz 1994-cü ildən təmsil olunduğu avrokubokların qrup mərhələsində ilk dəfə 2 klubla mübarizəyə başlayır. Bu gün bütün futbolsevərlərimizin ürəyi "Qəbələ” və "Qarabağ”la döyünəcək. Tarixə günə Bakıda "Qəbələ”miz başlayacaq. Saat 22:00-da PAOK-la "Bakcell Arena”da başlayacaq matç bitəndən sonra bütün diqqətlər Londona "White Hart Lane" stadionuna yönələcək. "Qarabağ” Bakı vaxtilə saat 00:05-də "Tottenhem”lə çətin sınağa çıxacaq. Hər 2 klubumuza tarixi gündə uğurlu çıxış, tarixi zəfər qazanmağı arzulayırıq.
Qriqorçukla Qurbanovun qrup sınaqları arasında fərq Londondakı matç Azərbaycanla İngiltərə klublarının avrokuboklarda ilk görüşü kimi tarixə düşəcək. Ancaq Yunanıstanla daha öncə oyunlarımız olub ki, bunlardan sonuncusu elə "Qəbələ”ylə bağlıdır. Pley-off mərhələsində məhz Yunanıstan təmsilçisi – vitse-çempion "Panatinaikos”u mübarizədə kənarlaşdıraraq qrupa düşən Roman Qriqorçukun yetirmələri bu dəfə bürünc mükafatçı PAOK-la münasibətlərini aydınlaşdıracaq.
"Qarabağ” 2-ci dəfə qrup mərhələsinin iştirakçısı olmaqla, futbol tariximizdə ilkə imza atacaq. Özü də Ağdam klubu buna ardıcıl 2-ci mövsümdə nail olur. "Qəbələ” isə qrupa düşməklə tarixində ilkə imza atıb və "Neftçi”ni də nəzərə alsaq, buna nail olan 3-cü Azərbaycan klubudur.
Təmsilçilərimizin baş məşqçilərinə gəlincə, Qurban Qurbanov da, Roman Qriqorçuk da 2-ci dəfə əsas mərhələnin iştirakçısı olacaq. Fərq ondadır ki, Qurbanov bu dəfə də "Qarabağ”la qrupda mübarizəyə başlayır. Qriqorçuk isə 2013/14 mövsümündə vətənində, Odessa "Çernomorets”iylə buna nail olub. Özü də ukraynalı mütəxəssis azərbaycanlı həmkarından fərqli 1/16 finala çıxa bilib, orada güclü rəqib – Fransa "Lion”una minimal fərlqə (evdə 0:0, səfərdə 0:1) uduzub. Roman İosifoviç Azərbaycan klubunu qrup mərhələsinə çıxaran ilk əcnəbi mütəxəssis kimi futbol tariximizə düşüb.
Qrupda qol vuranlarımızdan yalnız Sadiqov qalıb "Qarabağ”ın heyətində ötən mövsümlə müqayisədə dəyişiklər olsa da, bir çox futbolçular ardıcıl 2-ci il qrup mərhələsinin həyəcanını yaşayacaq. "Qəbələ”də isə yerli futbolçulardan yalnız Rəşul Sadiqov əvvəl də bu imkana malik olub. Onda təcrübəli yarımmüdafiəçi "Neftçi”də oynayırdı. Özü də Sadiqov qrup mərhələsinin çıxış edən ilk Azərbaycan klubunun kapitanı kimi tarixə düşüb. Qrupda qol hesabını da açmağa müvəffəq olan Rəşad son turda Milanda "İnter”in qapısına gözəl qol vurub və tarixi nəticədə (2:2) əsas pay sahiblərindən olub.
Ümumiyyətlə, qrupda bombardirimiz Nikolas Kanalesdir. "Neftçi”də oynamış çilili hücumçu Azərbaycanın bu mərhələdə ilk qolunun müəllifi kimi tarixə düşüb. Kanalesə "İnter”ə həm Tofiq Bəhramov adına Respublika stadionunda, həm də "San-Siro”da qol vurmaq müvəffəq olub. Digər fərqlənənlərdən Flavinyo ilə Sadiqov "Neftçi”də, Muarem Muarem, Leroy Corc və Vüqar Nadirov "Qarabağ”da hərəyə 1 qol vurub. Onların hamısı komandalarından ayrılıb. Azərbaycanın qrupda hələ ki sonuncu qolunun müəllifi, Fransada "Sent-Etyen”in (1:1) qapısına yol tapan Nadirov indi "Qəbələ”nin heyətindədir. Ancaq millimizin hücumçusu transfer olunan zamanı UEFA-ya iştirak ərizəsi göndərildiyindən, bu dəfə qrup oyunlarında meydana çıxa bilməyəcək.
"Qəbələ”nin legionerlərindən qrupda fərqlənən kimlərdir?
"Qəbələ”nin legionerlərindən ukraynalılar – Dmitri Bezotosnı, Aleksey Qay və Aleksey Antonov Qriqorçukun rəhbərliyi altında "Çernomorets”də qrupda oynayıblar. Qayla Antonov fərqlənə də biliblər. Özü də Antonov 2 qol müəllifidir. Rumıniyalı yarımmüdafiəçi George Floresku isə ardıcıl 2-ci mövsüm qrup mərhələsinin həyəcanını yaşayacaq. O, ötən mövsüm vətənində "Astra”nın heyətində belə imkana malik olub, hətta qol da vurub. Estoniyalı hücumçu Sergey Zenyov isə 2010/11 mövsümündə Ukraynanın "Karpatı” klubunun heyətində qrupda oynayıb. Zenyovun həmin vaxt Dortmund "Borussiya”sıyla üzləşdiyini nəzərə alsaq, yenə ona rəqib olacaq. Maraqlıdır ki, "Borussiya” onda qrupa Sadiqovun oynadığı "Qarabağ”a pley-ofda qalib gəlməklə çıxmışdı.
PAOK-un son transferi, bolqarıstanlı ulduz hücumçu Dimitar Berbatov ilk dəfə klub səviyyəsində bizə qarşı oynayacaq. Ancaq bu, 34 yaşlı futbolçunun Bakıya ilk səfəri deyil. Belə ki, Berbatov gənc olarkən 2004-cü ilin noyabrında yığmasıyla paytaxtımıza gəlib və millimizlə Tofiq Bəhramov adına Respublika stadionunda 0:0 hesabıyla nəticələnən yoldaşlıq görüşündə iştirak edib.
Mehman Süleymanov