2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları üçün Azərbaycanın şef de-missionları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, olimpiadada nümayəndə heyətinin rəhbəri Fərid Mansurov, paralimpiadada isə Rauf Mürsəlov olacaq.
Mansurov Gənclər və İdman Nazirliyinin, Mürsəlov isə Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiridir.
Qeyd edək ki, Azərbaycan hələlik 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 11, Yay Paralimpiya Oyunlarına isə 7 lisenziya qazanıb. Olimpiada 24 iyul - 9 avqustda, paralimpiada isə 25 avqust - 6 sentyabrda olacaq.