
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixini rəsmən açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Olimpiya Oyunları 2021-ci ildə 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
----------------------------------
Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni tarixi açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə bir gün sonra - 24 iyulda start götürəcək.
Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Oyunların Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə razılıq əldə edib.
Olimpiya Oyunlarının 8 avqustda, Paralimpiya Oyunlarının isə 5 sentyabrda başa çatacağı qeyd olunub.