
"Gəncə" növbəti legioner transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, komanda ABŞ-dan olan Barrel Romelo ilə anlaşıb. Müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
201 sm boyunda olan Romelo Nizami yurdunun təmsilçisində 24 nömrəli formanı daşıyacaq.
26 yaşlı basketbolçu ölkəmizə Bolqarıstan çempionatından gəlib. O, Şərqi Avropa ölkəsində "Minyor 2015" klubunun şərəfini qoruyub.