
"Gəncə" basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, qərb təmsilçisi Corc Deven Petersonla anlaşıb.
Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 188 sm boyunda olan Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu Asiya ölkəsində "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.