
Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin Avropa Gümüş Liqasında keçirəcəyi oyunların proqramı açıqlanıb.
Sportnet.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın növbəti mərhələsini Gürcüstanda keçir.
Tbilisidə 5 gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində komanda yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Yığma Avropa Gümüş Liqasında ilk turun oyunlarını iyunun 6-8-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə iyunun 20-22-də Farer adalarında təşkil olunacaq.
Avropa Gümüş Liqası
Kişilər
I tur (İsveç)
6 iyun
17:00. Azərbaycan - İsveç
7 iyun
17:00. Gürcüstan - Azərbaycan
8 iyun
17:00. İsveç – Gürcüstan
II tur (Azərbaycan)
13 iyun
18:00. Lüksemburq - Azərbaycan
14 iyun
18:00. Macarıstan – Lüksemburq
15 iyun
18:00. Azərbaycan - Macarıstan
III tur (Farer adaları)
20 iyun
19:00. Azərbaycan - Farer adaları
21 iyun
17:00. Avstriya – Azərbaycan
22 iyun
17:00. Farer adaları – Avstriya
Qeyd edək ki, oyunların başlama saatı yerli vaxtla göstərilib.