
Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunda növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 5-9-cu yerlər uğrunda qrup mərhələsinin 3-cü oyununda Malta ilə qarşılaşıb.
Görüş seçmə komandamızın 77:46 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan basketbolçuları sabah Moldova ilə qarşılaşacaq. Həmin görüşdə qalib gələn komanda 5-ci yerə sahib çııxacaq.