
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.