
Türkiyə millisinin iki qadın voleybolçusu Tailandda keçirilmiş dünya çempionatında rəmzi komandaya seçilib.
Sportnet.az-ın məlumatına görə, bunlar kapitan Eda Erdem Dündar və Melisa Varqas olub.
İtaliya yığmasından Alessiya Orro və Monika De Cennaro, Brazliyadan Qabi və Yaponiyadan Mayu İşikava da rəmzi heyətdə yer alıb.
Qeyd edək ki, dünya çempionatının finalında İtaliya Türkiyəni, 3-cü yer uğrunda görüşdə Braziliya Yaponiyanı məğlubiyyətə uğradıb - 3:2.