
Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda Azərbaycanın oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandası təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb.
Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Qeyd edək ki, çempionatda Azərbaycan bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.