
“Absheron Lions” basketbol klubu avrokuboklar tarixində ilk oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, FIBA Avropa Kubokunda rəqib Kipr "Anortosis"i olub.
Bakı İdman Sarayında keçirilmiş görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 89:73.
Cavab görüşü bir həftə sonra Kiprdə olacaq.