
"Naxçıvan" basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu, Şimali Makedoniyadan olan Nikola Bozinoskidir.
41 yaşlı mütəxəssis son olaraq “Şkupi” klubundan çalışıb.
Təcrübəli baş məşqçi 2023 - 2024-cü illər mövsümündə “Sabah” klubunda da çalışıb.