
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin ikinci oyununda A qrupunda mübarizə aparan 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə Tacikistan seçməsi qarşılaşıb.
Görüş millimizin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:9, 25:14, 25:13
Qeyd edək, Azərbaycan millisi növbəti oyununu oktyabrın 3-də Özbəkistanla üz-üzə gələcək.