
III MDB Oyunlarında Azərbaycanın oğlanlardan ibarət millisi Qırğızıstanla qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunmuş A qrupunun oyunu təşkilatçı ölkənin qələbəsi ilə başa çatıb - 3:0.
Azərbaycan millisi yalnız sonuncu setdə ciddi rəqabətlə üzləşib. Lakin seti öndə tamamlamaq mümkün olub - 30:28.