
Gəncədə III MDB Oyunlarının proqramına daxil olan 3x3 basketbol yarışlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət komandası (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda yığma Rusiyaya məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus yığması turniri üçüncü pillədə başa vurub.
Oğlanlardan ibarət komanda (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan komandasına məğlub olaraq (15:16) turniri dördüncü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.
---------------------------
III MDB Oyunlarında basketbol üzrə 3X3 yarışlarında oğlan və qızların yarımfinal görüşlərinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət komandası finala yüksəlib.
Oğlanlardan ibarət yığma isə bürünc medal uğrunda mübarizə aparacaq.
Azərbaycanın qızlar komandası yarımfinalda Özbəkistana böyük fərqlə qalib gəlib - 22:10. Oğlanlar isə Belarusa uduzub - 13:16.
Beləliklə, qızların finalında Azərbaycan - Rusiya, oğlanların bürünc medal mübarizəsində isə Azərbaycan - Özbəkistan qarşılaşmaları olacaq. Hər iki oyun bu gün keçiriləcək.