
Kişi həndbolçulardan ibarət "Azəryol" komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az xəbər verir ki, Emin Aydəmirov bu posta təyinat alıb.
Təcrübəli oyunçu Vadim Skrebtsov karyerasını köməkçi məşqçi kimi davam etdirəcək.
Bundan əlavə, "Azəryol"un heyətində mühüm dəyişikliklər olub.
Heyət əsasən gənclərdən formalaşıb. 19 nərəflik heyətdə 8 həndbolçunun yaşı 20-dən aşağıdır. 6 nəfərin yaşı 25-dək, 5-nin isə 25-dən çoxdur.