Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarışda milli bu gün Əfqanıstan yığması ilə qarşılaşıb.
Rəqibini 3:0 hesabı ilə məğlub edən yığma üç qələbə ilə finala yüksəlib.
Noyabrın 13-də keçiriləcək final görüşündə Azərbaycan millisinin rəqibi Türkiyə yığması olacaq.
VI İslam Həmrəyliyi Oyunları
12 noyabr
Azərbaycan - Əfqanıstan 3:0 (25:7, 25:5, 25:9).





















































































