Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış VII turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.
Sportnet.az-ın məlumatına görə, dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas olub.
İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər. AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.











































































