Qadın voleybolçuların Yüksək Liqasında ilk yarımfinal oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, GİN-in Voleybol Mərkəzində "Gəncə" - "Turan" və "Milli Aviasiya Akademiyası" - "DH Volley" qarşılaşmaları baş tutub.
Hər iki oyunda 3:0 hesabı qeydə alınıb.
"Turan" və "DH Volley" klubları ilk görüşdə qələbə qazanmaqla finala vəsiqə uğrunda üstünlük əldə ediblər.
Cavab görüşlərində gəldikdə, aprelin 11-də Bakıda "DH Volley" və "Milli Aviasiya Akademiyası", aprelin 13-də isə Tovuzda "Turan" və "Gəncə" üz-üzə gələcək.
“Turan” və “DH Volley” komandaları cavab oyununda da qalib gələrlərsə, finala vəsiqə qazanacaqlar. Əks təqdirdə, qızıl set oynanılacaq.
Yüksək Liqa
Yarımfinal, ilk oyunlar
8 aprel
“Gəncə” – “Turan” - 0:3 (22:25, 12:25, 13:25)
“Milli Aviasiya Akademiyası” – “DH Volley” - 0:3 (22:25, 19:25, 19:25)



















































































