1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamızın kapitanı: "Məqsəd finala yüksəlməkdir"
"Avropa Liqasında məqsəd finala yüksəlmək idi. Qrup oyunlarında qızlar yaxşı çıxış etdi və bütün oyunlarda qalib gəldi". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının meneceri Oksana Kurt komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.
Menecer Yunanıstana qarşı hər iki oyunun Bakıda keçirilməsinin Azərbaycan yığması üçün daha yaxşı olacağını bildirib.
Qrup oyunlarından sonra Bakıya qayıdan yığma komandanın kapitanı Odina Bayramova isə ciddi məşqlərə start verdiklərini, məqsədin finala yüksəlmək olduğunu söyləyib: "Yunanıstana qarşı hər iki oyunu evdə oynayacağıq. Hər iki oyunda qələbə qazanmağa çalışacağıq. Məqsədimiz ölkəmizi Dünya Qran Prisində təmsil etməkdir".
Hazırda millinin heyətinə gənc oyunçular cəlb edilib. Əsas məqsəd Avropa Liqasında finala yüksəlmək, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və Avropa Çempionatının final mərhəsində Azərbaycanı layiqincə təmsil etməkdir.
Qeyd edək ki, Azərbaycan Avropa Liqasının yarımfinal mərhələsində Yunanıstanla Bakıda qarşılaşacaq. İlk oyun iyunun 25-i, cavab görüşü isə bir gün sonra olacaq. Qalib komanda Slovakiya - Sloveniya cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən I yerin sahibi gələn il keçiriləcək Dünya Qran Prisinə vəsiqə qazanacaq.